Premyer Liqada 20 qol vuran hücumçu “asan deyil” deyir…

4 İyun 2024 13:40 Qarabağ 1 268
Premyer Liqada 20 qol vuran hücumçu “asan deyil” deyir…

“Titulu qazandıqdan sonra istənilən halda oyunlara köklənmək asan olmur”.

Sportinfo.az xəbər verir ki, bu açıqlama “Qarabağ”ın braziliyalı forvardı Juninyoya aiddir.

27 yaşlı “sambaçı” son oyunlarda əvvəlki formasını nümayiş etdirə bilməməsinin səbəbini belə izah edib:

"Əslində, asan deyil. Çempionluğu erkən əldə etdik.

Amma buna baxmayaraq, məşqçimiz həmişə çalışırdı ki, bizi oyuna kökləsin, motivasiya etsin.

İstənilən halda mövsümün uğurlu nəticələnməsinə görə çox sevincliyik. Kubokun finalını udmaqla növbəti titulu əldə etdik. Buna görə çox məmnunam".

Juninyo ötən ilin yayından Ağdam təmsilçisində oynayır. O, bu müddət ərzində 55 matça çıxıb, 31 qol vurub və 11 qolun ötürməsini verib.

20 qolla Premyer Liqanın bombardiri olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”