“Qarabağ” tezliklə bu legioneri transfer edəcək, yoxsa..?:

3 İyun 2024 19:20 Qarabağ 5 240
“Qarabağ” tezliklə bu legioneri transfer edəcək, yoxsa..?:

Son günlər "Partizan”ın qapıçısı Aleksandr Yovanoviç "Qarabağ”ın maraq dairəsində olması haqda xəbərlər yayılıb.

Bildirilir ki, Ağdam klubu 31 yaşlı kiperi hələ ötən yay "Apollon"da (Limassol) çıxış etdiyi vaxtda almaq istəyib.
Lakin serbiyalı bu keçidə müsbət yanaşmayıb.
İndi isə "Qarabağ” onun üçün yenidən hərəkət edib. Qolkiperə Fransa Liqa 1 klublarından da təkliflər var.
Aleksandr Yovanoviçin “Qarabağ”a keçidi yönündə səslənən iddialar nə dərəcədə realdır? Bəli, “köhlən atlılar” əvvəllər serbə maraq göstərib. Andrey Lunyovun buradan ayrılacağını eşidən menecerlər bugünlərdə Ağdam klubu ilə əlaqə saxlayıb, adıçəkilən kiperin xidmətini təklif eləyib. Ancaq “Qarabağ” hazırda başqa namizədərin sv-sini nəzərdən keçirir, Yovanoviçlə müqavilə imzalanması bir oqədər real görünmür.
2016-cı ildə Serbiya millisində bir oyun keçirmiş “əlcək sahibi” "Rad”, "Donji Srem”, "Radniçki”, "Orhus”, "Hueska”, "Deportivo”nun da qapısını qoruyub. O, 2026-cı il iyunun 30-da qədər "Partizan"a məxsusdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”