"Qarabağ"dan qorxmuram, “əjdaha” və bu klublar səviyyəsində deyil”

3 İyun 2024 20:20 Qarabağ 9 553
"Qarabağ"dan qorxmuram, “əjdaha” və bu klublar səviyyəsində deyil”

Rumıniya FCSB-nin İdarə Heyətinin sədri Mihai Stoyka Çempionlar Liqasının təsnifat mərhələsində potensial rəqiblər barədə fikirlərini bildirərkən, "Qarabağ" haqda da danışıb.

Sportinfo.az xəbər verir ki, “Orangesport”a danışan Buxarest klubunun rəsmisi Azərbaycan çempionunun özləri üçün qorxulu olmadığını deyib:

"İlk növbədə, ikinci təsnifat mərhələyə keçmək istəyərdik. Potensial rəqiblər arasında PAOK və "Midtyullann" "əjdaha" kimi görünür.

"Qarabağ" isə belə deyil. "Qarabağ" Yunanıstan və Danimarka klubları səviyyəsində deyil.

Düzdür, çox yaxşı komandadır. Demək olar ki, bu mövsüm "Bayer"i Avropa Liqasından kənarlaşdırmağa çox yaxın idilər.

Amma düzünü deyim, PAOK-dan qorxduğum qədər "Qarabağ"dan qorxmuram".

FCSB başa çatan mövsümdə 64 xalla Rumıniya çempionluğunu qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”