"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade maraqlı açıqlaması ilə yadda qalıb.
"CBC Sport" kanalına danışan Kabo-Verde millisinin üzvü Ağdam klubunda vurduğu 3 yadda qalan qolunu xatırlayıb:
"Bu günə qədər baxımlı qollar vurmamışam. Məsələn, Benziyanın milli komandada vurduğu məşhur qolun bənzəri karyeramda olmayıb. Amma qollarımı oyunların əhəmiyyətinə görə sıralayardım.
"Olimpiya" ilə səfər matçında fərqlənmişdim. Qardaşım Kevin Medina da fərqlənmişdi. Xüsusi gün idi.
İkinci qol kimi "Molde"yə vurduğum qolu qeyd edə bilərəm. Qrup mərhələsinin ilk oyunu idi. Qələbə vacib idi. Komandama 1:0 hesablı qələbə qazandırdım.
Və "Hekken"lə matçda vurduğum qolu xüsusi qeyd etməliyəm. Həmin qələbə ilə pley-off mərhələsinə yüksəldik.
Ən maraqlısı isə odur ki, qolu 44-cü saniyədə vurdum. Həmin rəqəmin ölkə üçün nə qədər önəmli olduğunu bilirəm.
Müharibə 44 gün davam edib. Həmin matçdakı qələbə, mərhələ adlamaq inanılmaz idi".
Onun fikirləri arasında Vətən Muharibəsini özündə simvolizə edən 44 rəqəmini xüsusi qabartması diqqətdən qaça bilməz.
Görünür, futbolçuya davamlı olaraq klubda bu səpkidə bilgilər verilir.
Bir futbolçunu aid olduğu yerə dəyər verməsi yalnız alqışlanmalıdır.
XANOĞLAN / SPORTİNFO.AZ

