“Qarabağ”ın futbolçuları AFFA prezidentindən mükafat alarkən… VİDEO+FOTOREPORTAJ

3 İyun 2024 08:30 Qarabağ 1 051
“Qarabağ”ın futbolçuları AFFA prezidentindən mükafat alarkən… VİDEO+FOTOREPORTAJ

Azərbaycan kubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, həlledici oyunda “Qarabağ” və “Zirə” üz-üzə gəlib.

“Liv Bona Dea Arena”da baş tutan final görüşünə saat 20:00-da start verilib.

“Zirə” tarixində ilk dəfə Azərbaycan kubokunu qazanmağa çalışıb. Ağdam klubu isə indiyə qədər 7 dəfə ölkə kubokunun qalibi olmuşdu.

Budəfəki finalda da sevinən tərəf “Qarabağ” olub. Ağdam klubu üç qolun qeydə alındığı oyundan qalib ayrılmaqla 8-ci dəfə kuboku qazanıb.

Mükafatlandırma mərasimində AFFA prezidenti Rövşən Nəcəf, icraçı vitse-prezident Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidentinin vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov iştirak eləyib.

Azərbaycan kubokunun mükafatlandırma mərasimindən videoicmalı təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!