"Qarabağ"dan SON DƏQİQƏ TRANSFERİ – 2+1 illik imza

27 May 2023 14:00 Qarabağ 6 877
"Qarabağ"dan SON DƏQİQƏ TRANSFERİ – 2+1 illik imza

Növbəti dəfə Azərbaycan çempionu olan "Qarabağ" yeni mövsümün ilk transfer əməliyyatını bitirib.

Ağdam klubu son ilyarımı "Zirə"də keçirən Hamidu Keyta ilə müqavilə imzalayıb.

Fransalı yarımmüdafiəçi martın 26-da “Qarabağ”ın "Qalatasaray"a qarşı oynadığı xeyriyyə matçında iştirak etmişdi. O, Ağdam klubunun heyətində ikinci yarıda meydana çıxmışdı.

29 yaşlı vinger daha əvvəl ölkəsində "Oser", "Havr", “Trelissak”, “Sent Etyen”, “Şambli”, Rumıniyada “Dunerya”, “Farul” və “Botoşoni”də çıxış edib. Son olaraq Portuqaliya “Santa Klara”sının formasını geyinib.

"Köhlən atlılar" onunla 2+1 illik anlaşıb. Transferin yaxın günlərdə rəsmi surətdə açıqlanması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti