“Qarabağ”: “Biz hər marka ilə tərəfdaşlıq edə bilmərik, çünki çox güclü sponsorumuz var”

26 May 2023 17:20 Qarabağ 640
“Qarabağ”: “Biz hər marka ilə tərəfdaşlıq edə bilmərik, çünki çox güclü sponsorumuz var”

"Sirab" brendinin futbol üzrə Azərbaycan çempionu "Qarabağ"la tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, imzalama mərasimində "Sirab"ın CEO-su Alpər Yaycılı, marketinq şöbəsinin rəhbəri Esin Umut, "Qarabağ"ın baş direktoru Emrah Çəlikəl, marketinq departamentinin rəhbəri Yusif Cəfərov iştirak edib.

İmza mərasimində "Sirab" şirkətinin CEO-su Alpər Yaycılı tərəfdaşlıqdan qürur duyduqlarını bildirib:

"Qarabağ" klubunu çempionluq münasibətilə təbrik edirəm. İnanıram ki, Çempionlar Liqasında ölkəmizə layiqincə təmsil edəcəklər. Bu gün "Sirab" şirkəti və "Qarabağ" üçün əlamətdar gündür.

Biz 2018-ci ildən "Qarabağ"la əməkdaşlıq edirik. Bu gün isə rəsmi şəkildə klubun su tərəfdaşı olduq. Azərbaycanı ölkə xaricində uğurla təmsil edən "Sirab" və "Qarabağ" bir araya gəlir. Hər kəsə təşəkkür edirəm.

"Qarabağ" bu gün Azərbaycanın xaricdəki imicidir. Onların bu uğurlu yolunda bizim də az da olsa, dəstiyimizin olmasını istədik.

Bu gün burada iki çempionun imza mərasimidir. "Qarabağ" futbolda olduğu kimi biz də öz sahəmizdə çempionuq. Bu, son dərəcə normal bir haldır.

Anlaşma 1 illikdir. "Qarabağ" istəsə, müddət uzadılacaq. Hazırda xarici klublarla belə bir əməkdaşlıq bir fikrimiz yoxdur. Amma ola bilər. Bu vaxta kimi gündəmimizə gəlməyib".

Daha sonra çıxış edən "Qarabağ"ın idman direktoru Emrah Çelikəl tərəfdaşlığın uzun illər davam edəcəyinə ümid etdiyini bildirib:

"Sirab" rəhbərliyinə təşəkkür edirəm. Əslində bizim iş birliyimiz 2018-ci ildən başlayır. Bizim daxil olduğumuz "Azersun Holding"də sadiqliyə çox önəm verilir.

İşlərimizi peşəkar şəkildə, həvəskar ruhla aparmağa çalışırıq. "Sirab"la işləməyə başlayana qədər başqa sulardan istifadə edirdik.

Amma bunların heç biri futbolçuların, məşqçilər heyətinin rəğbətini qazanmamışdı.

Ölkə xaricində keçirdiyimiz bütün bütün matçlara "Sirab" sularını aparırdıq. "Sirab" "Qarabağ"la yan-yana duracaq bir markadır. İnanıram ki, tərəfdaşlığımız uzun illər davam edəcək.

Qarşıda başqa yeni əməkdaşlıqlar da ola bilər. Amma biz hər marka ilə tərəfdaşlıq edə bilmərik. Çünki çox güclü sponsorumuz var.

"Azersun Holding" bütün ehtiyaclarımızı qarşılayır. Tərəfdaşlıq müqavilələri ilə bağlı uzun məsləhətlərdən sonra qərar veririk".

Digər Xəbərlər
Xəbər Lenti