
"Qarabağ" - "Qalatasaray" xeyriyyə matçının biletləri bu gün satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, artıq 40 mindən çox bilet satılıb (biletin bu gün satışa çıxarılmasından 7 saat ərzində).
Martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Iticket.az-ın satış məntəqələri;
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.