"Neftçi" Misli Premyer Liqasının 26-cı turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığı yekunlaşıb.
Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlanacaq.
Paytaxt təmsilçisi bu qarşılaşmadan öncə hazırlıq proqramında dəyişiklik edib. Belə ki, “ağ-qaralar“ gündəlik məşqlərini günün ilk yarısına keçirib.
Bu, konkret olaraq Yuri Vernidubun fikridir.
Baş məşqçi futbolçuların həm daha çox istirahət etməsi, həm də ailəsinə vaxt ayırması üçün məşqlərin axşam saatlarında təşkilinə ara verib.
Ötən ilin dekabrın bəri burada çalışan ukraynalı növbəti həftələrdə də bu yeniliyə riayət etmək fiknindədir.
SPORTİNFO.AZ

