“Bezmişik, daha onlarla işləmək istəmirik, söyüş işlətməkdən qulağımızdan qan gəlir”

14:50 Qəbələ 401
“Bezmişik, daha onlarla işləmək istəmirik, söyüş işlətməkdən qulağımızdan qan gəlir”

«Qəbələ»nin futbolçuları klub rəhbərliyinə şikayət edib.

Onlar baş məşqçi Kaxaber Sxadadze və köməkçisi Georgi Çixradzedən gileylənib.

Komanda üzvlərinin narazılığına səbəb hər iki gürcü mütəxəssisin məşqlər və oyunlar zamanı təhqiramiz ifadələrdən istifadə etməsidir.

Belə ki, Sxadadze və yardımçısı hər xırda səhvə görə oyunçuların ünvanına söyüşlər işlədir:

«Biz artıq bezmişik, daha onlarla işləmək istəmirik. Söyüş işlətməkdən qulağımızdan qan gəlir» - giley-güzarın xülasəsi bundan ibarətdir.

Premyer Liqanın 26-cı turu Kaxaber Sxadadzenin «Qəbələ»dəki karyerasına son qoya bilər. Bu gün «Kəpəz»lə qarşılaşacaq «qara-qırmızılar» qələbə qazanmasa, rəhbərliyin səbr kasası daşacaq.

Bir müddətdir baş məşqçini dəyişmək barədə düşünən qəbələlilər ötən iki aydakı uğursuzluqdan bezib artıq.

16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan komanda növbəti turda da «qara zolaq»dan çıxa bilməsə, pley-off mərhələsindən canını qurtmaq şansı praktiki cəhətdən minimuma enəcək.

Çünki bir üst sıradakı «Kəpəz»lə aradakı xal fərqi 5-dir. Çətin ki, «sarı-göylər»ı daha sonrakı səkkiz turda qabaqlamaq mümkün olsun.

«Qəbələ»da futbolçuların əksəriyyəti gürcü çalışdırıcını istəmir. 2024-cü ilin martından bəri burada fəaliyyət göstərən Sxadadze onları zinhara gətirib.

Pis münasibəti, ayrı-seçkilik hallarına yol verməsinə, ən əsası, təhqiramiz sözlərdən tez-tez istifadə etməsinə görə. Ona görə də yeni ildən bəri keçirdikləri oyunların yalnız ikisində qalib gəliblər.

Sxadadze hər şeydən məlumatlıdır. Həm komanda üzvlərinin münasibətindən, həm də rəhbərliyin yekun qərarı verməyə hazırlaşmasından.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti