Yunan klubu "Qarabağ"ın yeni tapıntısının transferinə bu qədər BÜDCƏ AYIRDI

1 Dekabr 2021 14:40 Qarabağ 7 448
Yunan klubu "Qarabağ"ın yeni tapıntısının transferinə bu qədər BÜDCƏ AYIRDI

"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges yeni təklif alıb.

Bu mövsümdən Azərbaycan klubunun formasını geyinən braziliyalı OFİ-nin transfer siyahısında yer alıb.

Yunanıstan təmsilçisi 25 yaşlı "sambaçı"nın keçidi üçün 340 min avro büdcə ayırıb.

Ağdam komandası yayda cənubi amerikalı legionerlə 2+1 illik müqavilə imzalanıb.

"20 nömrə" peşəkar karyerasına ölkəsində - "Koritiba"da başlayıb. O, son olaraq Portuqaliyada "Vilafranquense"nin formasını geyinib.

Kadi "Qarabağ"ın ən uğurlu tapıntılarındandır. Braziliyalı Konfrans Liqasında vurduğu qollarla komandasının aparıcı simalarından biri səviyyəsinə yüksəlib.

OFİ Yunanıstan Super Liqasında iddialı mövsüm keçirir. Adıçəkilən klub 11 tura 18 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti