COP29

"Qurban Qurbanov bu vəziyyətdən də çıxış yolu tapacaq"

11 İyun 01:50 Qarabağ 1 597
"Qurban Qurbanov bu vəziyyətdən də çıxış yolu tapacaq"

"Təbii ki, əsas qapıçının komandadan getməsi klub üçün pisdir.

Digər tərəfdən, Andrey Lunyovun "Qarabağ"la müqaviləsi başa çatdı.

Müqavilə müddətinin artırılma variantları da mümkün idi. Amma ola bilər ki, futbolçu üçün ailə faktoru önəmli olduğundan, "Qarabağ"ın baş məşqçisi ilə söhbətindən sonra Rusiyaya qayıtmağa qərar verib".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü, Rusiyada məşqçi kimi fəaliyyət göstərən Deni Qaysumov deyib.

"Terek"in("Axmat") sabiq kapitanı, ÇSKA(Moskva), "Sokol", "Spartak"(Moskva) klublarında oynamış veteran futbolçu "Qarabağ"ın Andrey Lunyovla yollarını ayırmasına münasibət bildirib.

2003/2004 mövsümündə "Terek"in kapitanı kimi Rusiya kubokunu qazanmış Qaysumov Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun bu məsələdə çıxış yolu tapacağına inandığını deyib:

"Ümid edirəm ki, Qurban Qurbanov bu vəziyyətdən də çıxış yolu tapacaq. O, çox savadlı, işinə hakim biridir.

Əminəm ki, "Qarabağ"a layiqli qapıçı tapacaqlar. Həm "Qarabağ"a, həm də Andrey Lunyova uğurlar arzulayıram! "Qarabağ"a isə bizi daim sevindirdiyi üçün təşəkkür edirəm".

Digər Xəbərlər
Xəbər Lenti