Qurban Qurbanovdan Rəşad Sadıqova tərif: “Bəlkə də…”

4 İyun 2024 02:10 Qarabağ 2 364
Qurban Qurbanovdan Rəşad Sadıqova tərif: “Bəlkə də…”

“Onların büdcəsi bizim büdcəmiz qədər deyil, amma çıxışlarını görürsünüz. Rəşad Sadıqov çox böyük iş gördü”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra rəqib komandanı və baş məşqçisi Rəşad Sadıqovu tərifləyib.

Q.Qurbanov “Rəşad Sadıqovun komandasının sizi udması üçün neçə il lazımdır” sualına belə cavab verib:

“Bu suala necə yanaşım bilmirəm. Hesabda uduzdular, amma...

Ölkə çempionatına baxsaq, iddialı komandalarımız 3-4-cü yerləri tutdu, Rəşad Sadıqovun komandası isə ikinci yeri…

Dərindən düşünsək, çox böyük iş gördü. Bu gün də bu büdcə ilə ikinci olub, kubokda finala çıxdılar, son dəqiqələrdə uduzdular.

Bu qalibiyyət kimi nəticədir. “Zirə”nin fəaliyyətinə, büdcəsinə görə bəlkə də Rəşad bizə qalib gəldi”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”