"“Mənə təkliflər gəldi, amma Qurban Qurbanovun yanında qaldım”

4 İyun 2024 08:50 Qarabağ 4 747
"“Mənə təkliflər gəldi, amma Qurban Qurbanovun yanında qaldım”

Karyerasını başa vuran Maksim Medvedev "Qarabağ"ın Azərbaycan Kubokunun finalında "Zirə"yə 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra fikirlərini bölüşüb.

“Qarabağ”ın yetirməsi olan Maksim 2006-cı ildən “köhlən atlar”ın əsas komandasında çıxış edib. O, 444 oyun keçirib, 16 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “CBC Sport”a açıqlamasında bunları deyib:

- Sizin üçün bu, vida matçı idi. Təəssüratlarınız necədir?

- Bir tərəfdən sevinirəm, bir tərəfdən bir az kövrəlirəm. Çünki 20 ildir “Qarabağ”ın düşərgəsində idim, bu klub üçün hər şeyin yaxşısını etməyə çalışırdım. “Qarabağ” məni əsgər etdi, ona daim xidmət etməyə hazıram. Sevinirəm ki, indi çətin fiziki işlərdən uzaq olacağam, daha çox istirahətimə fikir verəcəyəm. 35 yaş çətindir, artıq başqa yol seçmək, özünü digər sahələrdə sınamaq lazımdır. Beşinci “qızıl dubl”um oldu. Çox xoşbəxtəm. İnanıram ki, belə titulları qazanmaq, karyeranı bu vəziyyətdə bitirmək hər futbolçunun arzusudur. Bütün azarkeşlərə, klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Çünki daim yanımda idilər, dəstəkləyirdilər, mənim üçün ən yaxşısı etməyə çalışırdılar. Mən də meydanda canımı qoyub çalışırdım ki, klub üçün hər şeyi edim.

- "Qarabağ"la vidalaşdığınızı demək olar? Yoxsa hələ bu klubda məşçqçi kimi çalışacaqsınız?

- Qeyd etdiyim kimi, “Qarabağ”da əsgər oldum. Hər şey davamlıdır. Bu gün sadəcə futbol oynamaqla vidalaşıram. Amma gələcəkdə necə olacaq… Planlar böyükdür, yaxın zamanda açıqlayacağam.

- Bu qərarı verəndə nə qədər düşündünüz? Kiminlə məsləhətləşdiniz?

- Doğrudan da, bu qərarı vermək çox çətin idi. Hər şeyi götür-qoy etdim. Çox adam dedi ki, davam et, hər şey qaydasındadır. Ancaq əvvəlcədən, 2-3 il öncə demişdim ki, “Qarabağ”da başlayıb burada da bitirəcəyəm. Hətta Çempionlar Liqasında oynadığımız vaxt böyük təkliflər gələndə də “Qarabağ”da və Qurban Qurbanovun yanında qaldım. Heç vaxt komandanı tərk etmək fikrim yox idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti