"Qarabağ"ın yay hazırlıq planı – Bakıdan Tirola kimi

12 İyun 2024 12:40 Qarabağ 1 468
"Qarabağ"ın yay hazırlıq planı – Bakıdan Tirola kimi

"Qarabağ"ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub.

Sportinfo,az Azərbaycan çempionunun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" iyunun 18-də Bakıda məşqlərə start verəcək.

Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək.

Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi