“Bunlar artıq keçmişdə qaldı” - "Qarabağ"ın yarımmüdafiəçisi

6 İyun 2024 09:20 Qarabağ 2 573
“Bunlar artıq keçmişdə qaldı” - "Qarabağ"ın yarımmüdafiəçisi

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç şəxsi "İnstaqram" hesabında başa çatan mövsümlə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, monteneqrolu legioner heyrətamiz mövsüm keçirdiklərini yazıb:

"Bu, klubumuzun tarixinin bir hissəsi kimi əbədi olaraq qalacaq. Hamımızın bir çox unudulmaz anı var.

Lakin bunlar artıq keçmişdə qaldı. Növbəti addımlar haqqında düşünməliyik.

Daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik.

Bu uzun marafonda iştirak edən hər kəsə, klubdakı bütün insanlara, komanda yoldaşlarıma ailələrimizə və azarkeşlərimizə təşəkkür edirəm!

"Qarabağ" 2023/24 mövsümündə Premyer Liqanın və ölkə kubokunun qalibi olub. “Köhlən atlar” tarixində ilk dəfə Avropa Liqasında 18/ final mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”