“Qarabağ”lı: "Mən bura kimisə əvəz etmək üçün gəlməmişəm”

6 İyun 2024 08:30 Qarabağ 6 377
“Qarabağ”lı: "Mən bura kimisə əvəz etmək üçün gəlməmişəm”

"Qarabağ"ın yarımmüdafiəçisi Yasin Benzia "Mançester Siti"nin sabiq yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun futbolçusu Riyad Mahrezin Əlcəzair millisinin düşərgəsində yer almaması ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az “dzairsport”a istinadən xəbər verir ki, Benzia 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə keçiriləcək görüşlərdə Mahrezi əvəzləməyə qadir olub-olmaması sualını cavablandırıb:

"Mən milliyə kimisə əvəz etmək üçün gəlməmişəm. Baş məşqçinin sərəncamındayam və o, mənim üçün hansı mövqeyi seçsə, orada da oynaya bilərəm.

Bir çox mövqelərdə oynamaq imkanım var və yaxşı çıxış etmək üçün əlimdən gələni edəcəyəm".

2023-cü il yanvar ayından "Qarabağ"da çıxış edən Benzia 2025-ci il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”