
I Liqada ilk dəfə iştirak edəcək “Baku Sportinq”də “yarpaq tökümü“nə start verilib.
II Liqada mvsümü çempion olaraq başa vuran və daha üst çempionata vəsiqə əldə edən Buzovna təmsilçisi bir çox futbolçusu ilə yolları ayırıb.
Röyal Nəcəfov, Ülvi Quliyev, Hüseyn Axundov, Qərib İbrahimov, Vaqif Şirinbəyov, Hüseyn Əliyev, Vüqar Rəhimov, Aqşin Paşayev, Emil Həsənzadə, Comərd Baxşəliyev, Ağası Babayev, Rəvan Kərimov və Taleh Babayevlə imzalanmış müqavilələrin müddəti uzadılmayıb.
Göründüyü kimi, siyahı hələlik 13 nəfərdən ibarətdir, amma qarşıdakı günlərdə bu rəqəmin bir qədər də artacağı istisna deyil.
Hər halda baş məşqçi Elman Sultanov iddialı bir kollektiv formalaşdırmaq və çempionluq uğrunda mübarizə aparmaq istəyindədir.
SPORTİNFO.AZ