“Barselona”da baş verənlər məni maraqlandırmır”

10 Mart 2021 12:00 Fransa 1 835
“Barselona”da baş verənlər məni maraqlandırmır”

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında Fransanın “Nitsa” komandasında çıxış edən Jan-Kler Todibo açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “The Sun” nəşrinə danışan 21 yaşlı müdafiəçi “Barselona”nın onu maraqlandırmadığını deyib:

“Növbəti mövsümdə burda qalıb-qalmayacağımı bilmirəm. Ümid edirəm ki, yaxşı şeylər olar. Açığı, “Barselona”da baş verənlər məni maraqlandırmır.

Osman Dembele, Kleman Lanqle və Samuel Umtiti oynadığı zaman “Barselona”nın oyunlarına baxıram. Yəni bu futbolçular dostumdur deyə baxıram.

“Barselona”nın Çempionlar Liqasındakı şansı? Həqiqətən, bu, məni qətiyyən maraqlandırmır. Ümid edirəm ki, daha irəli gedə bilərlər”.

2019-cu ilin yanvarında “Barselona”ya keçən Todibo, 2020-ci ilin yanvarından iyununa qədər Almaniyanın “Şalke”, ötən ilin oktyabrından bu ilin yanvarına qədər Portuqaliyanın “Benfika” klubunda icarədə olub.

Fransız fevraldan “Nitsa”ya keçib. Onun klubla icarə müqaviləsi yaya qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti