Bu gecə "Neftçi"nin düşərgəsinə gəlir - Braziliyalı hücumçu

16 Yanvar 2022 20:20 Neftçi 1 088
Bu gecə "Neftçi"nin düşərgəsinə gəlir - Braziliyalı hücumçu

"Neftçi"nin legioneri Tiaqo Bezerra bu gecə Türkiyənin Antalya şəhərinə yollanaraq komandanın düşərgəsinə qoşulacaq.

Sportinfo.az klubun rəsmi televiziyasına istinadən xəbər verir ki, koronavirusdan sağalan braziliyalı hücumçu sabahdan məşqlərdə iştirak edə biləcək.

Xorxe Korrea və Sezar Meza Kolli isə bu gün yenidən test verəcəklər. Analiz nəticələri neqativ çıxacağı halda, hər iki oyunçu Antalyaya gedərək məşqlərə qatılacaq.

"Neftçi" yanvarın 25-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.

Digər Xəbərlər
Xəbər Lenti