Honda ilə "Neftçi" arasında bağlanmış müqavilənin ŞƏRTİ ÜZƏ ÇIXDI

26 Mart 2021 13:00 Neftçi 2 584
Honda ilə "Neftçi" arasında bağlanmış müqavilənin ŞƏRTİ ÜZƏ ÇIXDI

Keysuke Hondanın «Neftçi» ilə bağladığı 2 aylıq müqaavilənin bəzi yeni təfərrüatları məlum olub.

Buna əsasən, paytaxt klubunun yaponiyalı yarımmüdafiəçi qarşısında müəyyən öhdəliklər götürməsi bilinib.

Belə ki, 35 yaşlı futbolçuya Premyer Liqanın son 8 turunda forma geyinmək haqqı tanınııb. Asiyalı keçmiş ulduz bu matçların minimum 5-də əsas heyətdə yer almalıdır.

Bu anlaşma əldə olunarkən, Samir Abasova heç bir xəbərdarlıq edilməyib, onun fikri soruşulmayıb. Baş məşqçiyə şərtlər barədə yalnız sonda bilgi verilib.

İndi isə ondan tələb edilir ki, Hondaya davamlı oynamaq şansı yaratsın. Hətta diqqətinə çatdırılıb ki, sözə qulaq asmasa, mövsümün yekun nəticəsindən asılı olmayaraq, müqaviləsi yenilənməyə bilər.

Abasovun arzusu gələn sezona da burada başlamaqdır. O, hədsiz dərəcədə narahatdır və klub rəsmiləri ilə görüşərək,

Hondanın yayda komandanın sükanı arxasına təyinat alacağı yönündə yayılan xəbərləri dəqiqləşdirməyə çalışıb.

Ötən ilin noyabrında görəvə gəlmiş mütəxəssisə gözləmə mövqeyi tutması məsləhət görülüb. Yəni, ona konkret cavab verilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti