
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası 9-14 avqust tarixlərində Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci seçmə mərhələsində, 23-28 avqust tarixlərində isə Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edəçək.
Sportinfo.az xəbər verir ki, artıq millimizin bu turnir üçün heyəti də açıqlanıb: Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev.
Komandamızın oyunlarının təqvimi isə belədi:
Siofok (Macarıstan)
11 avqust, saat 19:00
Azərbaycan – Portuqaliya
12 avqust, saat 17:45
Belarus – Azərbaycan
13 avqust, saat 16:30
Polşa – Azərbaycan
Varnemunde (Almaniya)
25 avqust, saat 18:00
Almaniya – Azərbaycan
26 avqust, saat 19:15
İtaliya – Azərbaycan
27 avqust, saat 15:30
Azərbaycan – Ukrayna