"İndi çalışıram ki, evdəkilərdən uzaq olum, görüm nə olur"

30 Noyabr 2020 16:00 Şamaxı 535
"İndi çalışıram ki, evdəkilərdən uzaq olum, görüm nə olur"

"İki dəfə analiz verdim, ikisi də pozitiv çıxdı. Halbuki millidən gələndən sonra verdiyim test neqativ çıxmışdı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin koronavirusa yoluxan futbolçusu Şəhriyar Əliyev deyib.

Müdafiəçi COVİD-19 testi verənə kimi özündə narahatlıq hiss etdiyini, amma bunun virus olmaq ehtimalını ağlına gətirmədiyini bildirib:

"Zirə" ilə oyunda oynamadım. Oyunu kənardan izlədim. Stadionda hiss etdim ki, halım pisdir. Evə gələndə bədənimdə üşütmə başladı. Belimdə güclü ağrı vardı.

Düşündüm ki, soyuq olub. Bir gün istirahətdən sonra məşqə çıxdım. "Sabah"l oyuna kimi məşqlərimi etmişəm.

Belimdə ağrılar vardı, amma hərarət, halsızlıq, dad bilməmək kimi əlamətlər yox idi. Analiz verdim, pozitiv çıxdı. Təkrar analiz verdim, yenə pozitiv çıxdı".

Əliyev hazırda ev şəraitdən "sistem" qəbul etdiyini, mümkün qədər ailəsindən uzaq olmağa çalışdığını sözlərinə əlavə edib:

"İndi evdə oturmuşam, sağlamam. "Sistemlər" qəbul edirəm. Gözləyirəm ki, 14 gün keçsin. Belə heç bir narahatlığım yoxdur, halım indi yaxşıdır. İştahsız deyiləm, qızdırmam yoxdur.

Bir həftə gözləyim, yenidən test verəcəm, görüm nə olur. Mən ola bilər, xəstəliyi yüngül keçirirəm, amma evdəkilər ağır keçirə bilər. Ona görə də çalışıram onlardan uzaq olum".

Digər Xəbərlər
Xəbər Lenti