"Neftçi" üzərində qələbənin mükafatı - 30 min manat!

10 Noyabr 2019 14:41 Şamaxı 1 111
"Neftçi" üzərində qələbənin mükafatı - 30 min manat!

Premyer Liqanın XI turunda "Neftçi" üzərində əzmkar qələbəyə görə "Keşlə" futbolçularının alacağı pul mükafatının məbləği bəlli olub.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, komandaya ümumilikdə 30 min manat "premya" veriləcək. Bu isə o deməkdir ki, hər futbolçuya təqribən 1000-1200 manat (əsas heyətdə və ehtiyatda qalmasından asılı olaraq) pul düşəcək.

Qeyd edək ki, "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov dünən "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalsitlərə açıqlamasında komandaya mükafat veriləcəyini bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”