"Hərəsindən nəsə götürmüşəm və fikirləşirəm ki…"

7 Oktyabr 2021 13:00 Şamaxı 1 075
"Hərəsindən nəsə götürmüşəm və fikirləşirəm ki…"

«Artıq yavaş-yavaş məşqçilik həyatına başlayıram».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq üzvü Rail Məlikov deyib.

Bildiyiniz kimi, bir müddət əvvəl 2 məşqçi «Keşlə»dən ayrılıb. Öncə Azər Bağırov, ardınca Əli Muradov Sənan Qurbanovun başçılıq etdiyi korpusu tərk edib.
Gənc çalışdırıcı onların yerinə kənardan kimsə gətirməyib.

Gedənləri Rail Məlikov əvəzləyib. 35 yaşlı müdafiəçi artıq məşqçi kimi komandanın gündəlik hazırlıq prosesində Qurbanova yardıımçı olur.

Ötən mövsümdən etibarən paytaxt təmsilçisinin düşərgəsində yer alan millinin keçmiş üzvü bununla paralel olaraq, AFFA-nın təşkilatçılığı ilə düzənlənən «B» kateqoriyalı kurslara qatılıb.

Məlikov onun üçün yeni olan sahəyə böyük maraq göstərdiyini bildirib: «Açığı, hələ 2-3 il öncə məşqçi kurslarına getmək istəyirdim. Onda «Sumqayıt»da oynayırdm və klub rəhbərliyi ilə bu haqda söhbətimiz olmuşdu.

Lakin komandanın sıx qraiklə oynaması səbəbindən həmin vaxt məşqçilər məndən xahiş etdi ki, əsas diqqəti çempionata verim.

Bu yay «Keşlə» ilə müqavilənin müddətini uzadanda, söhbət oldu ki, komandada olduğum müddətdə kurslara da gedim. Mən belə də etdim. Artıq AFFA-nın Futbol akademiyasında keçirilən UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsini başa vurmuşuq.

Kursun ikinci mərhələsi 18-21 oktyabr, üçüncü mərhələsi 8-11 noyabr, dördüncü mərhələsi isə 13-24 dekabr tarixlərində keçiriləcək. İmtahanları uğurla versəm, fikrim var ki, bir müddət sonra A kateqoriyalı kurslarda iştirak edim.

Mənə bu cür şərait yaratdıqlarına görə, həm AFFA, həm də «Keşlə» rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Çalıışacam ki, onların mənə göstərdiyi etimadın qarşılığını verəcəm.

Ümumiyyətlə, belə görürəm ki, məşqçilik çox məsuliyyətli işdir, daim öz üzərində işləməli, öyrənməlisən. Yayda bir müddət «Keşlə»nin əvəzedici heyətində oldum, məşqlərdə iştirak elədim.

İndi isə əsas komandada Sənan Qurbanova kömək eləməyə çalışıram. O. məşq vaxtı müxtəlif göstərişlər verir və tapşırır ki, futbolçuların onları necə yerinə yetirməsinə nəzarət edim.

Uzun müddət millidə çıxış etmişəm, güclü klubların formasını geyinmişəm, müxtəlif məşqçilərlə işləmişəm. Hərəsindən nəsə götürmüşəm və fikirləşirəm ki, yaxın illərdə yetkin bir məşqçi kimi yetişə bilərəm».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı