"Qarabağ"la oynamağı kim istəyər ki?"

3 Aprel 2021 22:20 Şamaxı 1 215
"Qarabağ"la oynamağı kim istəyər ki?"

"Sabah çox ağır oyun olacaq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"la oyun öncəsi "Keşlə"nin müdafiəçisi Tərlan Quliyev deyib.

Quliyev fasilədən sonra güclü rəqiblə qarşılaşmağın çətinliyindən söz açıb: "Qarabağ" neçə ildi Azərbaycan çempionu olan komandadır. Gücünə hər kəs bələddir. Bu baxımdan fasilədən sonra "Qarabağ"la oynamağı kim istəyər ki?".

Təcrübəli futbolçu qaçırılın qol epizodlarından şikayətlənib və uğurlu nəticə qazanmaq üçün istəkli olmalı olduqlarını bildirib: "Zədəli futbolçularımız var. Bu çətinlik yaradacaq. Amma istəklə oynamaq lazımdır. "Qarabağ" kimi komandalara qarşı istəklə mübarizə aparmaq və ələ düşən fürsətlərdən istifadə eləmək lazımdır. Bizim də hər oyun 5-6 qol epizodumuz olur, amma çoxundan yararlana bilmirik".

Digər Xəbərlər
Xəbər Lenti