Azərbaycan çempionatında 100-cü dəfə - FOTO

24 Yanvar 2021 23:20 Şamaxı 506
Azərbaycan çempionatında 100-cü dəfə - FOTO

Keşlə”nin futbolçusu Azər Salahlı Premyer Liqada 100-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yubiley 14-cü turun “Sumqayıt”la matçına (0:1) təsadüf edib.

Start heyətində yer alan müdafiəçi mövsümdə 14-cü, çempionatda 100-cü dəfə meydana çıxıb.

2013/14 mövsümündə indiki komandası “İnter” adlandığı vaxt debüt edən Azər üç klubun şərəfini qoruyub. “Keşlə”də 39 qarşılaşmada 1 dəfə fərqlənib.

“Sumqayıt”dakı 55 matçda 2 qola sevinən futbolçu “Qarabağ”da 6 dəfə meydana çıxıb.

Salahlının debütü 2014-cü il mayın 17-də AZAL-la səfər matçında (3:1) gerçəkləşib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!