"Neftçi"dən gedən məşqçi: "Bəli, indi işləməyə tam hazıram"

24 Yanvar 2021 19:00 Şamaxı 1 375
"Neftçi"dən gedən məşqçi: "Bəli, indi işləməyə tam hazıram"

"Mən sosial şəbəkələrdə yoxam deyə, orada gedən müzakirələrdən xəbərsizəm, amma mətbuatdan yazılanları oxuyuram.

Açıq deyim ki, mənə belə bir təklif olmayıb. Mətbuatda yazılanlar isə doğru deyil".

Bu sözləri Sportinfo az-a açıqlamasında "Keşlə"yə mümkün təyinatından danışan Füzuli Məmmədov deyib.

Ötən ilin noyabrında "Neftçi"dən ayrılan gənc mütəxəssis bu söz-söhbətlərin haradan qaynaqlandığını belə izah edib: "Əksəriyyət Ceyhun Sultanova görə bunu yazır.

Bəli, Ceyhunla mən yaxın dostuq, qardaşıq. Biz "Neftçi"də çalışmışıq. O, mənim iş prinsipimi, xarakterimi və tələblərimi hər şeyi bilir. Amma belə bir təklif olmayıb. Klubun prezidenti var. Hər şeyi qərar verən onlardı"

O, "təklif olsa, yenidən Sultanovla birgə çalışmağa razı olarsınızmı" sualına belə cavab verib:

"Ceyhun Sultanov bir futbol adamıdır. Futbolu yaxşı bilir. Məşqçilərin işinə hər zaman dəstək olub. Belə insanla işləmək niyə pis olsun".

Mütəxəssis yenidən işə başlamağa tam hazır olduğunu bidlirib: "Bir ara istədim bütün fikrimi ailəmə, uşaqlarıma, sağlamlığıma sərf edib özümə gəlim. Bəli, indi artıq işləməyə tam hazıram".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!