"İbra" "Milan"la mövsümü qalib başa vurmaq istəyir

28 Dekabr 2019 21:10 İtaliya 792
"İbra" "Milan"la mövsümü qalib başa vurmaq istəyir

Yenidən "Milan"da çıxış edəcək Zlatan İbrahimoviç köhnə-təzə klubunda nömrə seçimini edib, anlaşma barədə danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli isveçli komandanın mövsümü qalib kimi başa vurması üçün çalışacağını deyib.

"Son dərəcə hörmət etdiyim kluba, sevdiyim şəhərə qayıdıram. Cari mövsümün gedişini dəyişdirmək üçün komandada yoldaşlarla çiyin-çiyinə mübarizə aparacam. Hər şeyi edəcəm ki, hədəflərimizə nail ola bilək" deyə, futbolçu bildirib.

İtalyan klubu ilə 38 yaşlı hücumçunun razılaşması 2019/2020-ci illər mövsümünün sonuna kimi nəzərdə tutulub. Razılaşmanın şərtlərinə əsasən, müqavilənin müddətinin uzadılması da mümkündür.

Zlatanın son klubu "Los-Anceles Qalaksi" olub. O, 2018-ci ilin martından 2019-cu ilin noyabrına qədər bu komandada çıxış edib.

38 yaşlı isveçli futbolçu Şimali Amerika Futbol Liqasının ötən mövsümündə keçirdiyi 31 matçda 31 qol vurub və 8 məhsuldar ötürmə verib. İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər "Milan"ın heyətində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti