“Çelsi” keçmiş hücumçusundan əl çəkmir – Yeni təklif göndərir

5 Avqust 2021 00:28 İngiltərə 749
“Çelsi” keçmiş hücumçusundan əl çəkmir – Yeni təklif göndərir

“Çelsi” “İnter”in hücumçusu Romelu Lukakunun transferindən vaz keçmək niyyətində deyil.

Sportinfo.az xəbər verir ki, “zadəganlar” “İnter”ə yeni təkliflə müraciət etmək niyyətindədirlər.

Məlumata görə, yeni təklifdə futbolçuya görə 130 milyon avro təklif olunacaq. Lukakunun özünə isə uzunmüddətli müqavilə və illik 12 milyon avro məvacib vəd edilir.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, “Çelsi” 100 milyon avro və üstəlik, müdafiəçi Markos Alonsonu da verməyə hazır olsa da, “İnter” bu təklifdən imtina etmişdi.

Lukaku 2011-2014-cü illərdə “Çelsi”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti