
“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmində baş məşqçinin uşaqlığını canlandıran rolun ifaçısının kimliyi maraq doğurub.
Sportinfo.az xəbər verir ki, həmin rolun ifaçısı “Sabah”ın prezidenti Maqsud Adıgözəlovun oğlu Amin Adıgözəlovdur.
9 yaşlı A.Adıgözəlov həm də “Sabah”ın aşağı yaş qruplarında futbol oynayır.
Ötən gün baş tutan filmin təqdimatından sonra Q. Qurbanov klub prezidentinin oğlunu oynadığı rola görə təbrik edərək qucaqlayıb.
Fotoda Maqsud Adıgözəlov