COP29

Səlahiyyətlərini təhvil verməkdən imtina etdi - Deyəsən, klub yenə sponsorsuz qalacaq

10 May 15:00 Kəpəz 823
Səlahiyyətlərini təhvil verməkdən imtina etdi - Deyəsən, klub yenə sponsorsuz qalacaq

«Kəpəz» növbəti mövsümə də sponsorsuz başlaya bilər.

Premyer Liqanın himayədarı olmadan fəaliyyət göstərən yeganə iştirakçısı İlqar Nadiri əngəlindən yaxa qurtara bilmir.

Xəbər verdiyimiz kimi, potensial hami var - «F Holdinq». Adını çəkdiyimiz biznes təşkilatı qərb klubuna hər cür maliyyə dəstəyi verməyə hazırdır.

Bunun üçün 1 şərt irəli sürübər - İlqar Nadiri İdarə Heyətinin sədri postundan getməlidir. Qarşı tərəf Futbolun İnkişaf Fondu (FİF) vasitəsilə ilə apardığı danışıqlarda yeganə tələbini dönə-dönə səsləndirib.

Onlar Gəncənin futbol publikası tərəfindən sevilməyən və barəsində birmənalı fikirlər söylənilməyən sədrin «Kəpəz»lə bütün əlaqələrini kəsməsini istəyirlər.

Bildiriblər ki, Nadiri tamamilə kənara çəkilməli, bütün səlahiyyətləri holdinqin təyin edəcəyi nümayəndəyə ötürməlidir.

«F Holdinq» 5 illik inkişaf planı hazırlaması barədə FİF-i məlumatlandırıb. Qeyd olunub ki, rəhbərlik əl dəyişərsə, klub qısa müddətdə iddialı duruma gətiriləcək, medallar uğrunda mübarizə aparacaq.

FİF isə prblemin həllini başqa istiqamətdə görür. Holdinqdən xahiş ediblər ki, İlqar Nadiri ilə əlaqəli şərti ertələsinlər.

Heç olmasa, ona 1 il idarəçi kimi şans verilməsini istəyiblər. Diqqətə çatdırıblar ki, əgər o, bu müddətdə etimadı doğrultmasa, FİF sədrin dəyişdirilməsi ideyasını ikiəlli dəstəkləyəcək.

Səbəbkarın özü isə nə şərtlə razılaşır, nə də güzəşt istəyir. Nadiri bütün hallarda holdinqin tapşırıqları əsasında çalışmayacağını deyib.

Sədr maliyyə məsələlərində hesabat vermək niyyətində olmadığını da söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti