Ordumuzun əsgərini postda ildırım vurdu, faciəvi şəkildə öldü - FOTO

24 May 2023 12:10 Hadisə 770
Ordumuzun əsgərini postda ildırım vurdu, faciəvi şəkildə öldü - FOTO

Azərbaycan Ordusunun əsgəri ildırım vurması nəticəsində ölüb.

Hadisə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb.

Hərbi hissənin əsgəri, Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli postda olan zaman onu ildırım vurub.

Əsgər aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər Xəbərlər
Xəbər Lenti