“Onlar qorxutmağa çalışırlar, lakin bu, bizi qorxutmayacaq"

6 Fevral 2023 13:30 Hadisə 439
“Onlar qorxutmağa çalışırlar, lakin bu, bizi qorxutmayacaq"

“Ermənilərə qarşı nifrəti təbliğ edən vərəqələr icmamızı qorxutmayacaq”.

Bu barədə Daşnaksütyun Gənclər İdarəsinin üzvü Ani Qazaryan NEWS.am-a müsahibəsində bildirib.

Məsələ ondadır ki, srağagün ABŞ-nin Beverli-Hillz şəhərindəki dirəklərdə “Azərbaycan+Türkiyə+Pakistan+İsrail = Ermənistanı dünya xəritəsindən siləcək 4 qardaş! İnşallah” yazısı olan vərəqələr yapışdırılıb.

Kazaryan şəhərdə 20-yə yaxın belə vərəqə gördüyünü deyib. Onun sözlərinə görə, vərəqələri yığıb polisə aparıb. Polis hadisə ilə bağlı araşdırma aparır.

“Onlar erməni icmasını bu cür qorxutmağa çalışırlar, lakin bu, bizi qorxutmayacaq, erməni xalqının səsini kəsməyə məcbur edə bilməzlər. Erməni lobbisinin etirazları ardıcıl olacaq. Biz Qarabağ yolunun açılması tələbimiz haqqında danışmağa davam edəcəyik”, - deyə gənc daşnak ünsürü bildirib.

Qeyd edək ki, son vaxtlar İsraildə də potensial fitnə-fəsad mənbəyi olan ermənilərə qarşı dözümsüzlük halları artıb. Yerli gənclər onların yəhudi dövlətindən rədd olub getməsini tələb edirlər.

Məsələ ilə bağlı hətta oradakı erməni katolikosu İsrail hökumətinə müraciət də ünvanlayıb. Bu fonda Amerikada Ermənistan əleyhinə yayılan “Azərbaycan+Türkiyə+Pakistan+İsrail = 4 qardaş!” vərəqələri maraq doğurur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu