Mbappeni məhkəməyə verir

01:40 Fransa 68
Mbappeni məhkəməyə verir

Kilian Mbappe ilə PSJ arasındakı hüquqi mübahisədə yeni dönüm baş verib.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, parislilər fransalı keçmiş futbolçusunun tələbiylə qoyulmuş 55 milyon avroluq vəsaitin arestinin ləğvini istəyir.

Söhbət Mbappenin klubdan ayrıldıqdan sonra haqqı olduğunu düşündüyü bonuslar və maaşların ödənilməməsindən gedir.

Ancaq PSJ-nin hüquqşünasları məhkəmədə əksini – Mbappenin klub qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyini və bu səbəbdən tələbin əsassız olduğunu iddia edirlər.

Parislilər bildirirlər ki, 2023-cü ilin yayında Mbappe ilə şifahi razılıq əldə olunub. Razılaşmaya əsasən, oyunçu bəzi ödənişlərdən imtina edib və bunun müqabilində transfer haqqı olmadan klubdan ayrılmaq hüququ qazanıb.

Bundan əlavə, PSJ Mbappeyə qarşı 98 milyon avro məbləğində iddia qaldırıb. Klub bu məbləğin tam ödənilməsini tələb etmədiyini, ancaq oyunçunun iddialarının əsassız olduğunu sübut etmək istədiyini vurğulayıb:

“Mbappe PSJ-yə borcludur. Bizim məqsədimiz 98 milyon avronun geri alınması deyil, onun iddialarının hüquqi əsasının olmadığını göstərməkdir”.

Məhkəmənin yekun qərarı önümüzdəki aylarda elan olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti