Bakıda sevindi, isti havadan şikayətləndi, bu sözləri dilə gətirdi

19 İyun 2021 19:20 Hadisə 1 313
Bakıda sevindi, isti havadan şikayətləndi, bu sözləri dilə gətirdi

"İngiltərə və ya Şotlandiyada oynasaydıq, daha çox azarkeş toplaya bilərdik.

Çünki indiki məqamda fanatlarımızın Azərbaycana gəlməsi elə də asan deyil".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Uels millisinin futbolçusu Konnor Roberts BBC-yə açıqlamasında Bakıda İsveçrə və Türkiyə ilə keçirdikləri Avropa çempionatının oyunları barədə danışarkən deyib.

"Ay-ulduzlular"la görüşdə (2:0) ikinci qolun müəllifi olan 25 yaşlı müdafiəçi bildirib ki, Bakı Olimpiya Stadionundakı matçlarda komandanı cəmi bir neçə yüz azarkeş dəstəkləyib:

"Dünyanın yarısını dolaşdıq, oyunlarımıza çox az sayda fanat gəldi. Vəziyyəti başa düşürük. Son oyunda stadionda olan tərəfdarlarımıza təşəkkür edirəm. Türkiyə ilə matç daim onların yaddaşında qalacaq".

Ölkəsinin "Suonsi" klubunda çıxış edən oyunçu Bakıdakı isti havadan şikayətlənsə də, təşkilatçılıqdan razı qalıb:

"Fikrimcə, hotel, məşq meydançaları və stadion inanılmazdır. Təəssüfləndiyim yeganə məqam azarkeşlərimizin az olması oldu".

Uels millisi A qrupunda son oyununu iyunun 20-də Romada İtaliya yığmasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"