"CBC Sport"un 10 yaşı oldu

2 Noyabr 2025 09:00 Gündəm 698
"CBC Sport"un 10 yaşı oldu

Azərbaycanın aparıcı idman kanallarından biri olan "CBC Sport" fəaliyyətinin 10 illiyini qeyd edib.

2015-ci ildə efirə başlayan kanal bu illər ərzində yerli və beynəlxalq idman yarışlarının peşəkar şəkildə yayımlanması ilə tamaşaçı rəğbətini qazanıb.

Kanal idmanın təbliği, gənclərin idmana marağının artırılması və Azərbaycan idmanının uğurlarının işıqlandırılmasında mühüm rol oynayıb.

Sportinfo.az-ın kollektivi "CBC Sport"u 10 illik yubileyi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM