FUTBOLÇULARIMIZ BİLSİN! “Əllə oyun” məsələsində yeni qayda - FOTO

9 Aprel 2020 18:22 Dünya futbolu 459
FUTBOLÇULARIMIZ BİLSİN! “Əllə oyun” məsələsində yeni qayda - FOTO

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarının əl ilə şərhinə və oyundankənar qaydaların müəyyənləşdirilməsi hallarına bəzi dəyişikliklər edib.

Sportinfo.az xəbər verir ki, Şura topun ələ dəyməsi ilə bağlı yeni hədd müəyyənləşdirib.

Əgər top qolun çiyindən aşağı hissəsinə dəyərsə, bu, əllə oyun sayılmayacaq. Üstəlik, top təsadüfən futbolçunun əlinə dəyirsə, bu, o zaman əllə oyun sayılacaq ki, top ya qapıya gedərkən qarşısı alınsın, ya da qol vəziyyəti əngəllənsin.

Oyundankənar vəziyyətin müəyyənləşdirilməsində də dəyişiklik edilib. Yeni qaydalara görə, müdafiə olunan tərəf bilərkədən əllə oynayırsa və top oyundankənar vəziyyətdə olan hücum edən futboçuya düşürsə, onda o, oyundankənar vəziyyətdə sayılmayacaq.

İFAB VAR-la bağlı bildirib ki, video-köməkçilər baş hakimə qərarla bağlı məsləhət verə bilərlər, amma son qərar həmişə ona məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"