Futbolçu sərxoş vəziyyətdə qəza törətdi, özü ciddi xəsarət aldı

27 Sentyabr 2019 00:40 Dünya futbolu 176
Futbolçu sərxoş vəziyyətdə qəza törətdi, özü ciddi xəsarət aldı

"Derbi Kaunti"nin futbolçuları yol qəzasına düşüb.

Sportinfo.az xəbər verir ki, oyunçular ötən gün şam yeməyində yığıncaq keçiriblər.

Bu zaman komandanın kapitanı Riçard Kio və digər iki oyunçu spirtli içki qəbul ediblər. Tədbirdən sonra onlara sürücülük xidməti təklif olunub, lakin oyunçular imtina edərək maşına miniblər.

Nəticədə qəza baş verib və Riçard Kio ciddi zədə alıb. Digər iki futbolçu isə saxlanılıb. Xəsarət alan 33 yaşlı irlandiyalı müdafiəçi bu mövsümun sonuna kimi sıradan çıxıb. "Derbi Kaunti" hadisə ilə bağlı araşdırma aparacağını bildirib.

Riçard Kio İrlandiya millisinin də üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti