Bir oyun udacaq, üç-beş oyun uduzacaq «Qəbələ».
Bu komandanın xəmiri belə yoğrulmayıb, amma…
Kaxaber Sxadadze nə qədər ki buradadır, Fariz Nəcəfovla Səbuhi Səfiyarlının çəkdiyi əziyyətın hədər gedəcək, arada it-bat olacaq. Təəssüf, amma vəziyyət belədir.
Premyer Liqada ötən 14 turda qələbə üzü görməyən «İmişli» gəlib Qəbələdə 3 xal qazanırsa, Kaxa nə deyir desin, hamısı cəfəngiyyatdır, bəhanədir.
Toydan sonra nağara çalmaq kimi bir şeydir hamısı.
«Qəbələ» yaxşı oynayır» deyirlər. Oynayır, ancaq həmişə yox.
O yaxşı oyunu ötən gün də oynayardı, niyə oynamadı?
11-ci yeri tutub pley-off oynamaq istəməyən komanda özü kimi turnir cədvəlinin aşağı sıralarında mürgü vuran «İmişli» qarşısında heç nə edə bilmədi. Qonaqların qapısına düz zərbə endirməyə də çatdırmadılar.
Gəlin, «Qəbələ»nin bulanıq portretinə daha çox rəng qarışdırmayaq. Biz əhval-ruhiyyə komandasından danışmamalıyıq. «
Qəbələ»nin futbolçusu gürcünü baş məşqçi postunda görməkdən yorulub. İstəmirlər Kaxanı, böyük antipatiya ilə yanaşırlar ona.
Gərək hər dəfə 3 xal əldə etmək üçün idman direktoru kollektivlə saatlarla müzakirə aparmalı, söhbətləşməlidir?
Bəlkə meydana çıxacaq əsas heyəti də, taktikanı da Səfiyarlı müəyyənləşdirsin? Kaxa onsuz da, onsuz bir iş bacarmır.
ELNUR

