“Çempionluq şansınız varsa, evdə bu komandaya necə uduzmaq olar?“ - TƏNQİD ETDİ

13 Aprel 15:20 İngiltərə 509
“Çempionluq şansınız varsa, evdə bu komandaya necə uduzmaq olar?“ - TƏNQİD ETDİ

“Çelsi”nin sabiq müdafiəçisi Con Terri “Arsenal”ın Premyer Liqanın 32-ci turunda “Bornmut”a 1:2 hesabıyla məğlub olmasına reaksiya verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunun böyük bir uğursuzluq olduğunu söyləyib:

“Bu, “Arsenal”ın futbolu deyildi. Komanda xarakter göstərməlidir.

Çempionluq şansınız olduğu halda evdə “Bornmut”a necə uduzmaq olar? “Arsenal” üçün böyük bir uğursuzluqdur”.

Bu qarşılaşmadan sonra “Arsenal” 70 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində liderliyini qoruyub saxlayır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!