"Liverpul" - "Qarabağ" oyunu ÇL-də üçüncü oldu

3 Fevral 02:20 Çempionlar Liqası 434
"Liverpul" - "Qarabağ" oyunu ÇL-də üçüncü oldu

İngiltərədə "Liverpul" və "Qarabağ" arasında keçirilmiş Çempionlar Liqasının əsas mərhələsinin oyunu VIII turda azarkeş sayına görə üçüncü olub.

Sportinfo.az xəbər verir ki, "Enfild" stadionunda baş tutan qarşılaşmada 60043 tərəfdar qeydə alınıb.

"Borussiya" (Dortmund, Almaniya) - "İnter" matçı (0:2) birinci sırada yer alıb. Sözügedən görüşdə tribunalarında 81365 tamaşaçı əyləşib.

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya) oyunu (4:2) bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Həmin matçda 64305 fanat olub.

"Qarabağ" "Liverpul"a altı cavabsız qolla uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti