Qardaşı bombardirin zəmanətini verdi: “... heç kim ona çata bilməyəcək”

20:00 Fransa 920
Qardaşı bombardirin zəmanətini verdi: “... heç kim ona çata bilməyəcək”

Premyer Liqanın bombardirlik yarışında amansız mübarizə davam edir.

25-ci tur ərəfəsində ən sərrast futbolçuların siyahısına 14 qol vuran “Sabah”dan Coy-Lens Mikels başçılıq edir.

“Neftçi”li Bassala Sambu 10 qolla 2-ci, Velko Simiçlə (Sabah) Karim Rossi (Şamaxı) 9 qolla 3-4-cü yerləri bölüşürlər.

Hər nə qədər qəribə səslənsə də, “Qarabağ”dan yalnız bir nəfər – Toral Bayramov bombardirlərin sırasına qoşulub ki, sol cinah müdafiəçisinin aktivində 7 qol var.

İndiki məqamda Mikelsin mübarizəni ilk pillədə başa vuracağı inandırıcı görünür. “Sabah”ın sərgilədiyi oyunu və məhsuldarlığı göz önünə gətirəndə, başqa ehtimal irəli sürmək olmur.

Coy-Lensin “Karvan-Yevlax”dakı əkiz qardaşı Coy-Slayd Mikels “Sabah”dakı ailə üzvünün hamını qabaqlayacağına şübhə etmir:

“Lensin şansı kifayət qədər yüksəkdir. Öz oyununu göstərməkdə davam etsə, heç kim ona çata bilməyəcək.

Qardaşımın bombardir olacağına şübhə etmirəm. Əlinə yaxşı fürsət düşübsə, bundan yararıanacaq. Zədələnməsəydi, daha çox qol vura bilərdi”.

Maraq üçün bildirək ki, Coy-Lens Mikelsin əkiz qardaşı Cpy-Slayd Mikels “Karvan-Yevlax”ın heyətində 11 görüşdə 3, “Zirə”dəki özündən 1 yaş kiçik qardaşı Leroy Mikels isə 19 matçda 2 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti