“Heç nəyi dəyişməyə ehtiyac yoxdur, o, baş məşqçi postunda qalmalıdır”

18:40 İngiltərə 101
“Heç nəyi dəyişməyə ehtiyac yoxdur, o, baş məşqçi postunda qalmalıdır”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi, keçmiş komandasının hazırkı çalışdırıcısı Maykl Karrikin daimi baş məşqçi kimi qalmasını istəyir.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, Runi, Karrikin bu işi yüz faiz davam etdirməli olduğunu bildirib:

“O, bu işi yüz faiz davam etdirməlidir. Mən onu şəxsən tanıyıram, xarakterini və şəxsiyyətini bilirəm.

Komandaya sakit və klubu yaxşı tanıyan, oyunçularla əlaqəsi güclü bir məşqçi lazım idi. O, futbolçuları dəstəklədi və onlara diqqət ayırdı.

İndi görürük ki, oyunçular daha inamlı oynayır və komanda çox güclü görünür. Məncə, heç nəyi dəyişməyə ehtiyac yoxdur.

O, oynanmış matçlar sayına görə “Mançester Yunayted”in məşqçiləri arasında ən yüksək qalibiyyət faizinə malikdir. Ona görə də, düşünürəm ki, Karrik qalmalıdır”.

“Mançester Yunayted” hazırda 54 xalla İngiltərə çempionatında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti