"Qəbələ"nin qara günləri davam edir.
"Qırmızı qaralar" bu dəfə "Neftçi" önündə məğlubiyyətlə yadda qaldı.
Bölgə klubu uduzduqca isə Kaxaber Tsxadadze həddini aşmağa davam edir.
Gedib problemlərini həll etməkdən, azarkeşlərə dil uzatmaqla məşğuldur.
Bundan öncə iki dəfə əl yellədiyi fanatlara bu dəfə dil uzadıb.
Sitat: "Müəyyən müddətdir burada işləyirəm. Bəzi azarkeşlərin istefaya səsləməsini anlamıram. Avropada bu cür hallarda komandaya və baş məşqçiyə sona qədər dəstək olurlar. İstefaya səsləyənlər 13-14 yaşlı uşaqlardır".
Ay ağıllı, çoxbilmiş, nəinki Avropada, hətta dünyanın hər yerində bu cür hallarda baş məşqçi istefa verir. 1:7 hesablı məğlubiyyətdən sonra postunda qalan nadir baş məşqçilər sırasında olduğunu unutma. Qurban ol rəhbərliyin geniş səbrinə.
Gələk istefa deyənlərin yaşına.
Ay Kaxa, sən haradan bilirsən ki, onların 12-13 yaşı var?
Tutaq ki, var və bu nəyi dəyişir? Əksinə, onda lap pis.
Deməli, vəziyyət o qədər acınacaqlıdır ki, 12-13 yaşlı uşaqlar da durumdan agahdır.
Ay ağıllı, ay çox bilmiş, bunu dərk etmək əvəzinə, onların adını "uşaqlar" qoyub üzərindən niyə keçirsən?
Görünür, məqsəd zaman qazanmaqdır.
Lakin bu cür açıqlamalar, jestlərlə çox uzağa getmək olmaz.
XANOĞLAN / SPORTİNFO.AZ

