Premyer Liqanın top-klublarının hədəfindədir - Braziliyalı hücumçu

22:00 İngiltərə 105
Premyer Liqanın top-klublarının hədəfindədir - Braziliyalı hücumçu

“Vulverhempton”un hücumçusu Joao Qomes yay transfer dövründə komandasını dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçuya “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” kimi Premyer Liqanın aparıcı klubları maraq göstərir.

Bundan əlavə, braziliyalı hücumçunun “Mançester Siti” və “Tottenhem” tərəfindən də izlənildiyi bildirilir.

Qomes “Vulverhempton”a 2023-cü ilin yanvarında, “Flamenqo”dan transfer olunub.

O, “canavarlar”ın heyətində 100-dən çox oyuna çıxaraq, 8 qol vurub və 6 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti