
İtaliya A Seriyasında yeni mövsümün ilk turuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun son matçında “İnter” öz meydanında “Torino”nu qəbul edib.
Milan klubu rəqibi üzərində böyük hesablı qələbə qazanıb - 5:0.
“San Siro” stadionunda keçirilən görüşdə ev sahiblərindən Markus Türam dubla imza atıb.
Digər qolları Alessandro Bastoni, Lautaro Martines və Bonni vurublar.