“Belə olacağını gözləmirdik, bunun bir çox fərqli səbəbi var”

15 Mart 16:55 İngiltərə 318
“Belə olacağını gözləmirdik, bunun bir çox fərqli səbəbi var”

“Liverpul” cari mövsümün bu qədər çətin olacağını gözləmirdi. Klub ötən yay transferlərə təxminən 500 milyon avro xərcləsə də, bu, sürətli uğura səbəb olmayıb.

“Qırmızılar” hazırda Premyer Liqada turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb və artıq çempionluğa iddialı deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul”un baş məşqçisi Arne Slot heç kimin bunu gözləmədiyini bildirib:

“Yeni oyunçuların sayını nəzərə alsaq, bunun çətin olacağını bilirdik, amma mən də daxil olmaqla heç kim bunu gözləmirdi.

Çoxlu oyunçu itirib onları əvəz edəndə həmişə keçid mövsümünə hazırlaşırsız, amma bunun belə olacağını gözləmirdik. Bunun bir çox fərqli səbəbi var, amma hər dəfə hamısını qeyd etmək istəmirəm”.

“Liverpul” martın 15-də, İngiltərə Premyer Liqası çərçivəsində “Tottenhem”i qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!