"Bəsdirin, bezdik daha" - Bölgə klubunda ÜSYAN

17:45 Qəbələ 174
"Bəsdirin, bezdik daha" - Bölgə klubunda ÜSYAN

"Qəbələ" Masazırda şok yaşadı.

Bölgə klubu cəmi bir neçə gün əvvəl doğma meydanda 120 dəqiqə məğlub olmadığı (3:3) "Sabah"dan bu dəfə 7 qol buraxdı - 1:7.

Açığı, "qırmızı qaralar"ın nə vaxtsa belə ağır yenilgi almasını xatırlamıram.

Əbəs deyil ki, yaşanmış darmadağın azarkeşləri də hərəkətə gətirib.

Hər zaman təmkinli görməyə alışdığımız "Qəbələ" fanatları bu dəfə klubun, oyunçuların və baş məşqçinin ünvanına sərt sözlər səsləndiriblər.

Onların "Qəbələ"nin sosial şəbəkə hesablarında yazdıqları rəylərin bəzilərini sizə təqdim edirik:

"Nə qədər çəkəcək bu utancverici məğlubiyyətlər? nə qədər sındıracaqsız azarkeşləri? Yiyəsi yoxdu bu klubun?".

"Deyiləcək bir söz yoxdur. Bu oyun Kaxanın ayağına yazılmalıdır. Bu nə heyət idi belə? Yola verdi etdilər oyunu. "Qəbələ" bu qədər aciz olmamalıdır. Heyətdə yararsız oyunçular en qədərdi. Balua, Massumo, Sissoko kimi oyunçular say artırmaqdan başqa bir şey deyillər. Xaime kimi açar oyunçunu da meydandan çıxarmaq hansı məqsədə qulluq edirdi başa düşmək olmadı. Məşqçi dəyişikliyi indiki situasiyada çətin görünür. Risklidir, amma görünən odur ki, belə də çox getməz".

"O cür şərait qarşılığında bu cür oyun? Utanın heç olmasa".

"Ayıb olsun sizə. Bizi biabır edirsiniz".

"Klub rəhbərindən xahiş edirik başda baş məşqçi olmaqla bütün kollektiv cərimə olunsun".

"Bəsdirin, bezdik daha. Hamınız çıxıb gedib".

"Bildiyim qədər hələ "Qəbələ"yə 7 qol vuran olmamışdı. Hörmətli Fariz Nəcəfov o vaxt elə təxminən mövsümün bu vaxtlarında Elmar Baxşıyevi göndərib, Kaxaber Tsxadadzenin bunun üçün gətirmişdi?".

"İndi buna nə ad verək?".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti