“Mançester Siti”nin məşhur hücumçusu yayda “Real”a keçəcək?

15 Mart 17:20 İngiltərə 328
“Mançester Siti”nin məşhur hücumçusu yayda “Real”a keçəcək?

“Mançester Siti”nin hücumçusu Erlinq Haland yayda “Real”a keçə bilər.

Sportinfo.az “One Football”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı forvardı heyətinə qatmaq istəyir.

“Kral klubu” yay transfer pəncərəsində onun keçidini reallaşdırmaq niyyətindədir.

Norveçli futbolçunun komandadan ayrılması yalnız o halda mümkündür ki, Pep Qvardiola “şəhərlilər”in baş məşqçi postunu tərk etsin.

Halandın klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyununun sonuna kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!